Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin 2014-cü il 17 dekabr tarixli 134 nömrəli sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Xocalı rayon İcra Hakimiyyəti Başçısının təsdiq etdiyi plan idarə, müəssisə, təhsil və mədəniyyət ocaqlarında 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümü ilə əlaqədar bir çox tədbirlər həyata keçirilmişdir.
Rayon Mədəniyyət evində 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən toplantı keçirilmişdir. Tədris müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər aparılmış, dövlət bayraqları endirilmişdir. Əhalinin yığcam yaşadığı ərazilərdə matəm mərasimləri təşkil olunmuş, faciənin əsas mahiyyəti, onu törədən səbəblər haqqında ictimaiyyətə geniş məlumatlar verilmişdir. Məktəblərdə 20 Yanvar faciəsini əks etdirən məktəblilər tərəfindən hazırlanmış rəsm əsərləri nümayiş etdirilmiş, faciəyə həsr olunan şeirlər səsləndirilmişdir.
Rayon ərazisində 20 Yanvar faciəsini əks etdirən tədbirlərin keçirilməsi bu faciəni törədənlərin lənətlənməsi açıq-aydın özünü büruzə vermişdir. Anım mərasimləri yüksək səviyyədə təşkil olunmuşdur.
20 Yanvar faciəsi xalqımızın əzm və dəyanətini sındırmamış, əksinə onun mübariz əhval-ruhiyyəsini daha da yüksəklərə qaldırmışdır.
Allah şəhidlərimizə rəhmət eləsin. Azadlığımız, istiqlaliyyətimiz uğrunda canlarını fəda edənlərin müqəddəs amalı xalqımızın qəlbində əbədi yaşayacaq, şəhidlərimiz heç bir zaman unudulmayacaq.
«Xocalının səsi»